SANTRAL - geniş məhsul çeşidi təmin edən şirkət 2000-ci ildən bu yana fəaliyyət göstərməkdədir. Geniş məhsul çeşidi təmin edən şirkətin satış effektivliyini artırmaq və əlçatanlığı təmin etmək məqsədilə komandamız tərəfindən həm Android həm IOS platforması üçün mobil tətbiq hazırlanaraq təhvil verilmişdir. Əlavə olaraq həm vebsayt həm mobil əlavə üçün "Casbhack" funksionallığı hazırlanmış və qısa müddətə istifadəyə verilmişdir. Əməkdaşlığımız çərçivəsində vebsayt üzrə bir sıra əlavə funksionallıqların əlavə olunması da həyata keçirilmişdir.
Biz, sosial şəbəkələrdən internet mağazaya qədər istənilən mürəkkəblik dərəcəsində və funksionallıqda olan veb sayt və mobil tətbiqlər hazırlayırıq. Veb saytın hazırlanmasında bütün prosesləri öz üzərimizə götürürük. Müştərinin istəyinə əsasən, mövcud veb saytlar üçün yeni dizayn hazırlayaraq idarəetmə panelinə də inteqrasiya edirik.